Qoit

Qoit nədir?
Qoit, qalxanabənzər vəzinin anormal şəkildə böyüməsi ilə meydana çıxan bir xəstəlikdir. Qalxanabənzər vəzi, boynun ön hissəsində yerləşən kəpənək formalı kiçik bir vəzidir və T3 (triyodtironin) və T4 (tiroksin) hormonlarını istehsal edərək bədənin maddələr mübadiləsini tənzimləyir. Qoit, yod çatışmazlığı, hormonal pozğunluqlar, genetik amillər və ya autoimmun xəstəliklər nəticəsində yarana bilər. Qoit tək başına bir xəstəlik deyil, bəzi hallarda hormon istehsalına təsir etmədən yalnız vəzinin böyüməsinə səbəb olur (ötüroid qoit), bəzi hallarda isə hipotiroidizm (hormon çatışmazlığı) və ya hipertiroidizm (hormon artıqlığı) ilə müşahidə olunur. Kiçik ölçülü qoit heç bir əlamət verməyə bilər, lakin iri qoit hallarında boyunda şişlik, təzyiq hissi, udqunma çətinliyi və nəfəs darlığı kimi simptomlar müşahidə olunur.

Qoit növləri hansılardır?
Qalxanabənzər vəzinin böyüməsinə səbəb olan amillərə və xəstəliyin gedişatına əsasən müxtəlif növlərə ayrılır. Bəzi qoit növləri hormonal tarazlığı dəyişdirmədən yalnız vəzinin böyüməsinə səbəb olur, digərləri isə hormon istehsalını artırır və ya azaldır. Qoit funksional və struktur xüsusiyyətlərinə görə təsnif edilir.

Struktur növlər:
Sadə (Toksik olmayan) qoit: Vəzi böyüyür, lakin hormon səviyyəsi normal qalır. Əsasən yod çatışmazlığı və ya genetik amillərlə əlaqədardır.
Qovlu (Nodulyar) qoit: Qalxanabənzər vəzidə bir və ya bir neçə düyün (kiçik kütlə) yaranır. Tək düyünlü (solitar) və ya çox düyünlü (multinodulyar) ola bilər.
Diffuz qoit: Qalxanabənzər vəzinin bərabər və vahid şəkildə böyüməsidir.

Funksional növlər:
Hipotiroidizm ilə müşahidə olunan qoit: Hormon istehsalı az olur, maddələr mübadiləsi yavaşlayır.
Hipertiroidizm ilə müşahidə olunan qoit: Vəzi çox hormon istehsal edir, maddələr mübadiləsi sürətlənir.
Ötüroid qoit: Vəzi böyümüşdür, lakin hormon səviyyələri normaldır.

Səbəbinə görə növlər:

Yod çatışmazlığına bağlı qoit: Ən çox yayılmış növdür.

Autoimmun qoit: İmmunitet sistemi qalxanabənzər vəziyəyə hücum etdikdə yaranır. Haşimoto tiroiditi və Qrevs xəstəliyi bu qrupa

daxildir.

Toksik qoit: Qalxanabənzər vəzinin həddindən artıq aktiv olması nəticəsində yaranır.

Hamiləlik qoiti: Hamiləlik zamanı hormonal dəyişikliklərlə əlaqədar müvəqqəti böyümə.

Qoitin əlamətləri:

  • Boyunda şişlik və ya kütlə hissi.
  • Udqunma və nəfəs alma çətinliyi.
  • Səsdə xırıltı və qalınlaşma.
  • Yorğunluq, halsızlıq.
  • Dərinin quruması, saç tökülməsi.
  • Kilo dəyişikliyi – artım və ya azalma.
  • Soyuğa və ya istiyə qarşı həssaslıq.
  • Əsəbilik, narahatlıq, titrəmə.
  • Nəbzin sürətlənməsi və ya nizamsızlığı.

Qoitin diaqnozu:
Həkim boyun bölgəsini müayinə edir, tiroid hormon səviyyələrini (TSH, T3, T4) ölçür və ultrasəs müayinəsi aparır. Lazım gələrsə, biopsiya və ya sintiqrafiya kimi testlər edilir.

Qoitin müalicəsi:
Yüngül hallarda sadəcə yod dəstəyi və müntəzəm nəzarət kifayətdir. Hormon balanssızlığı olduqda dərman müalicəsi tətbiq olunur. Böyük qoitlərdə və nəfəs alma çətinliyi yarandıqda cərrahi əməliyyat (tiroidektomiya) və ya radioaktiv yod müalicəsi aparıla bilər.

Qoitin qarşısının alınması:
Yodlu duz, dəniz məhsulları və süd məhsullarını istehlak etmək, stressi idarə etmək və müntəzəm tibbi müayinələrdən keçmək vacibdir.