DRMahmudov.com nəzdində fəaliyyət göstərən Endokrin və Arıqlama Mərkəzimiz, artıq çəki və piylənmənin hormonal, metabolik və cərrahi səbəblərinin müasir tibbin ən son imkanları ilə diaqnostika və müalicəsini həyata keçirir. Məqsədimiz yalnız çəki azalması deyil, sağlam, təhlükəsiz və qalıcı arıqlamanın təmin edilməsidir.
Mərkəzimizdə endokrin mənşəli piylənmə, insulin rezistentliyi, şəkərli diabet, metabolik sindrom, qalxanvari vəz xəstəlikləri, hormonal disbalanslar ətraflı şəkildə qiymətləndirilir və hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır.
Arıqlama müalicələrimizin əsasını müasir cərrahi üsullar təşkil edir.
-Mədə kiçiltmə (Sleeve Gastrektomiya)
-Mədə balonu tətbiqləri
Təhlükəsiz şəkildə, beynəlxalq tibbi protokollara uyğun olaraq icra olunur. Bu metodlar sayəsində pasiyentlərimiz sağlam şəkildə artıq çəkidən azad olur, həyat keyfiyyətlərini yüksəldir və yanaşı xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldırlar.
Cərrahi müdaxilələrlə yanaşı, arıqlama prosesi endokrinoloji nəzarət, fərdi qidalanma proqramı, həyat tərzi dəyişiklikləri və mütəmadi tibbi izləmə ilə kompleks şəkildə aparılır. Bu yanaşma nəticələrin qalıcı olmasını təmin edir.
Peşəkar cərrah və həkim komandamız, müasir texnoloji avadanlıqlarımız və pasiyent yönümlü xidmət anlayışımızla sizə təhlükəsiz, effektiv və yüksək səviyyəli tibbi xidmət təqdim edirik. Sağlam və fit bir həyata addım atmaq üçün sizi Endokrin və Arıqlama Mərkəzimizə dəvət edirik.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-mail abunəliyi edin